Close

2022-ci ildə ilk dəfə baş verən hadisələr

2022-ci ildə görünməmiş hadisələr baş verib və bəziləri planetimizdən kənarda olub.

NASA bir asteroidin istiqamətini dəyişib

TNS xarici mediaya istinadla xəbər verir ki, Amerika Kosmik Agentliyi sentyabrın 28-də toqquşduğu asteroidin marşrutunu uğurla dəyişib. Toqquşma meteoritlərin Yer kürəsini təhdid edəcəyi təqdirdə orbitlərinin dəyişdirilə biləcəyini yoxlamaq üçün bir sınaq idi və nəticə uğurlu olub.

asteroid-3642332_640_1666863345992_1671967193145_1671967193145

İnsan qanında mikroplastiklər aşkar edilib

Keçən mart ayında “Environment International” jurnalında dərc edilən bir araşdırma, tədqiqatda iştirak edən insanların yüzdə 80-ninin qan nümunələrində mikroplastiklər aşkar edib.

Mikroplastiklər (5 mm-dən qısa olan plastik parçalar) böyük plastiklərin torpaqda və ya dənizdə parçalanaraq ətraf mühiti çirkləndirməsindən əmələ gəlir.

2dc701b0-82e2-11ed-90a7-556e529f9f89

Birincilərin Dünya Kuboku

2022 FIFA Dünya Çempionatı bəzi mərhələlərlə tarixə düşəcək turnir idi. Turnir Qətər kimi ərəb və ya müsəlman ölkəsinin ev sahibliyi etdiyi ilk Dünya Kuboku idi.

Bu, həm də qadın hakimlərin idarə etdiyi ilk Futbol üzrə Dünya Çempionatı oldu.

Digər bir ilk isə Mərakeşin Afrika (və ərəb) ölkələri arasında bu günə qədər ən uğurlu mübarizə apararaq yarımfinala yüksəlməsi idi.

52801960-82e2-11ed-90a7-556e529f9f89

8 milyard insan...

2022-ci il noyabrın 15-də dünya əhalisinin sayı 8 milyardı ötüb.

Birləşmiş Millətlər Təşkilatının məlumatına görə,  (BMT) insan ömrünün bu qədər uzadılmasına ictimai sağlamlıq, qidalanma, şəxsi gigiyena və tibb sahəsindəki irəliləyişlər sayəsində nail olunub.

68e71d70-82e2-11ed-90a7-556e529f9f89

Malyariya peyvəndi dünyanı dəyişir

Oksford Universitetinin alimləri sentyabr ayında "dünyanı dəyişdirmək" potensialına malik malyariya peyvəndi hazırladıqlarını elan ediblər.

Gələn il buraxılması gözlənilən yeni peyvəndin sınaqlarda ölümcül xəstəliyə qarşı 80 faiz təsirli olduğu müəyyən edilib.

Malyariya hər il orta hesabla 400.000 insanın ölümünə səbəb olur.

720df310-82e2-11ed-90a7-556e529f9f89

“Geyms Veb” teleskopu ilə zamanda daha çox səyahət edilib

Teleskop iyul ayında istifadəyə veriləndən bəri kainatın füsunkar şəkillərini çəkib.

Onlardan biri 13 milyard illik JADES-GS-z13-0 qalaktikasının fotoşəkili idi. Böyük Partlayışdan sonrakı "çox erkən" dövrlərin bu fotoşəkili kainatın indiyə qədər çəkilmiş ən dərin şəkli olaraq qeydə alınıb.

Fotoşəkildə zəif bir ləkə kimi görünən şeyin qızıl standart ölçüləri ilə "ən uzaq qalaktika" olduğu təsdiqlənib.

d1fd6da0-82e2-11ed-90a7-556e529f9f89

İlk dəfə ağdərili olmayan lider Böyük Britaniyanın Baş naziri seçilib

İngiltərə 2022-ci ildə baş nazirlərlə bağlı bir sıra rekordlara imza atıb: Liz Tras ən qısa müddət hakimiyyətdə qalan baş nazir olub - 45 gün.

Onun varisi Rişi Sunak oktyabrın 25-də vəzifəyə başlayıb və İngiltərənin ağdərili olmayan ilk baş naziri seçilib.

f57db730-82e2-11ed-90a7-556e529f9f89_1

Çılpaq gözlə görünən ilk bakteriya

Alimlər iyun ayında dünyanın ən böyük bakteriyasını aşkar ediblər.

“Thiomargarita magnifica” adlı bakteriyanı görmək üçün mikroskop lazım deyil, çünki yeni kəşf edilən orqanizm insan kirpikləri ilə eyni ölçüdə və formadadır.

1 sm uzunluğunda və digər məlum nəhəng bakteriyadan 50 dəfə böyük olan bakteriya adi gözlə görülən ilk bakteriyadır.

06b118d0-82e3-11ed-90a7-556e529f9f89