Close

Alimlərin yeni araşdırması bütün bilinənləri alt-üst etdi

Dünyadakı oksigen haradan gəlir? Alimlərin yeni bir araşdırması bütün bilinənləri alt-üst edib.

TNS xəbər verir ki, “İnverse Problems” jurnalının məlumatına görə, araşdırmalar oksigenin məlum istehsal mexanizmləri xaricində başqa bir mənbədən də gələ biləcəyini ortaya qoyub.

Yer kürəsindəki oksigenin miqdarı onu yaşayış üçün əlverişli planet edən ən böyük amillərdən biridir. Atmosferin 20 faizi bu həyat verən elementdən ibarətdir. Lakin bu oksigen 2,8-2,5 milyard il əvvəl Neoarxey dövrünə qədər demək olar ki, yox idi.

“Nature Geoscience” jurnalında dərc edilən bir araşdırma dünyanın ilk oksigenininən azı bir hissəsinin yer qabığının hərəkəti və məhv edilməsi yolu ilə tektonik mənbədən gəldiyini sübuta yetirib.