Close

15:58
30 Noyabr 2024

Balıq bazarında yerli məhsul tapılmır - SƏBƏB

Balıq bazarında yerli məhsulların qiyməti xeyli artıb. Hazırda bazarda xaricdən, xüsusilə, Qara dənizdən gətirilən dəniz məhsulları daha çox satılır.

Yerli məhsulların bahalaşmasının səbəbi nədir?

Məsələ ilə bağlı TNS-ə açıqlama verən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki, yerli balıqlar demək olar, yox dərəcəsindədir.

O qeyd edib ki, balıqların azalmasının əsas səbəblərindən biri Xəzər dənizində suyun azalmasıdır: “Kür çayında suyun səviyyəsi olduqca aşağıdır, Xəzər dənizinin ən dərin yerləri olan Lənkəran-Astara tərəfdə böyük enmə baş verir. Hazırda Azərbaycana Noveçdən, İrandan, Rusiyadan balıq idxal olunur. Yerli balığın qiyməti çox yüksəkdir. Məsələn, Rusiyadan idxal olunan sazan balığının 1 kiloqramı 5, yerli sazan balığının 1 kiloqramı 12 manatdır. Yaxud İrandan gətirilən forel 11-12 manata satılır. Yerli forel isə 18 manatadır. Türkiyədən də Azərbaycana xeyli balıq və digər dəniz məhsulları idxal olunur. artıqdır və qiyməti yerli balıqla müqayisədə aşağıdır".

Ayşən Azadova