Ən bahalı və ən ucuz kərə yağları - SİYAHI
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 123 milyon 972 min ABŞ dolları dəyərində 22 min 204 ton kərə yağı idxal edilib.
TNS Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin 9 ayında ölkədə 22 min 345 ton kərə yağı istehsal olunub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 10.5% çoxdur. Hesabat dövründə Azərbaycanda kərə yağı istehsalı idxaldan 141 ton çox olub.
Mağazalarda isə idxal kərə yağının qiyməti günbə-gün artır.
TNS hazırda kərə yağlarının 1 kiloqramının satış qiymətini təqdim edir:
“Westgold” - 23 manat 50 qəpik
“Ancor” - 22 manat,
“Yeni Zelandiya” - 21 manat 50 qəpik
“Golden krown” - 22 manat 50 qəpik
“Atena” - 20 manat 40,
“Best cow” 23 manat 20 qəpik
“Slavyanskoe” - 21 manat
“Pınar” - 26 manat
“President” - 28 manat 50 qəpik