Close

19:53
24 Aprel 2024

Kərə yağının qiyməti kəskin bahalaşdı - VİDEO

Marketlərdə kərə yağının qiyməti xeyli bahalaşıb.

TNS "Xəzər xəbər"ə istinadən xəbər verir ki, satıcılar 3-4 ay bundan əvvəllə müqayisədə qiymətlərin 2 manata kimi artığını bildirirlər.

Onlar qeyd edirlər ki, qiymət məhsulu istehsal və ixrac edən şirkətdən asılıdır. Həmin şirkətlərin müəyyən etdiyi qiymətlərə əlavələr edilir və məhsul satışa çıxarılır.

İqtisadçı Eyyub Kərimli isə hesab edir ki, hazırkı artım süni amillərin təsiri altında yaranıb. Çünki bir müddətdir ki, dünya bazarında kərə yağı və ümumilikdə süd məhsulları 1-2 faiz ucuzlaşıb.

Ekspert vurğulayıb ki, ötən ilin statistik göstəricilərinə əsasən, ölkəmizə 18 min 500 tondan çox kərə yağı idxal edilib və bu 2021-ci ilin göstəricilərindən 23 faiz çoxdur. Daxili istehsal isə 8 faiz azaldığından daxili bazardakı qiymətlər qlobal proseslərə həssasdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: