Close

00:08
27 Sentyabr 2024
21:51
26 Sentyabr 2024

"Yuventus" futbolçusu ilə müqavilə müddətini artırıb

İtaliyanın "Yuventus" kollektivi gənc futbolçusu Samuel Mbanqula ilə müqavilə müddətini artırıb.

TNS klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "qoca sinyora" 20 yaşlı belçikalı cinah yarımmüdafiəçisi ilə 4 illik yeni sözləşmə imzalayıb.

S. Mbanqula 2023-cü ildən "Yuventus"un gənclərdən ibarət komandasına qoşulub. O, cari mövsüm əsas komanda ilə A Seriyasında debüt edib və 1 qola imza atıb.