Close

00:08
27 Sentyabr 2024
21:51
26 Sentyabr 2024

"Barselona" liderliyini möhkəmləndirdi

İspaniya La Liqasında yeddinci turun matçları oynanılır.

TNS xəbər verir ki, lider "Barselona" öz meydanında autsayder "Xetafe"ni qəbul edib.

Oyunda yeganə qol 19-cu dəqiqədə vurulub. Levandovski fərqlənib və komandasına üç xalı qazandırıb.

Bu nəticədən sonra "Barsa" 21 xalla turnir cədvəlinə başçılıq edir və ikinci yerdəki "Real Madrid"i dörd xal qabaqlayır. "Xetafe" isə 4 xalla sonuncudan əvvəlki yeri (19-cu) tutur.