Close

22:27
28 Noyabr 2023

Qurban Qurbanov: "Hekken" istənilən rəqiblə görüşdə yaxşı nəticə əldə edə bilir"

"Dünən və bu gün pis hazırlıq keçmədik. Yaxşı rəqibə qarşı oynayacağıq. "Hekken"in öz xüsusi oyun üslubları var. Futbolçulara rəqib haqda daha ətraflı məlumat verəcəyik. Vaxtımız var".

TNS xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda İsveçin "Hekken" klubu ilə oyun üçün səfərə yollanarkən jurnalistlərə açıqlamasında deyib.

- Dünən və bu gün pis hazırlıq keçmədik. Yaxşı rəqibə qarşı oynayacağıq. Öz xüsusi oyun üslubları var. Hələ iki günümüz var. Futbolçulara rəqib haqda daha ətraflı məlumat verəcəyik.

- "Hekken" ilk oyunda "Bayer"ə 0:4 hesabı ilə məğlub olub. Onlar qrupun autsayderi hesab olunur. Siz necə düşünürsünüz?

- Yox. Məndə belə bir fikir formalaşmayıb. Səfərdə "Bayer"ə qarşı oynayırdılar. Qrupda dəfələrlə belə hallar olub, ilk oyunda məğlub olan komandalar daha sonra yaxşı nəticələr əldə edir. "Hekken" istənilən rəqiblə görüşdə öz oyun üslubu ilə yaxşı nəticə əldə edə bilir. Qarşıda oyunlarımız çoxdur. "Hekken"lə qarşılaşma bizim üçün vacib matçlardan biridir.

- Heyətlə bağlı problemləriniz var?

- Var. Bəhlul Mustafazadə, Marko Veşoviç zədəlidir. Redon Cica komanda ilə məşqlərə başlayıb, amma hələ tam hazır deyil. Bir-iki mikrozədəlilərimiz var. Onlar qarşıdakı günlərdə hazır olmalıdır.