Close

Kadi dubl etdi, 14 milyonluq təklif aldı - VİDEO

“Qarabağ”ın “Krasnodar” klubuna satdığı yarımmüdafiəçi Kadi Borxes ötən gün Rusiya Premyer Liqasının 19-cu turunda “Dinamo” ilə matçda dubl edib.

TNS xəbər verir ki, o, komandasına qələbə gətirən qolların müəllifi olub.

Braziliyalı vinger qarşılaşmanın ən yaxşı futbolçusu seçilib.

Onun inamlı çıxışından sonra “Zenit”dən təklif aldığı bildirilir.

Məlumata görə, Sankt-Peterburq təmsilçisi Kadi üçün 14 milyon avro transfer məbləği ödəməyə hazırdır.