Close

"Qarabağ"ın qapıçısı cəzalandırıldı, komanda isə cərimələndi

AFFA-nın İntizam Komitəsi "Qarabağ"ın qapıçısı Luka Quqeşaşvilini 3 oyunluq şərti cəzalandırıb.

TNS PFL-in rəsmi saytına istinadən xəbər verir ki, bu barədə qurumun bu gün keçirilən iclasında qərar qəbul olunub.

Komitənin belə qərar verməsinə səbəb 24 yaşlı qolkiperin Misli Premyer Liqasının 24-cü turunda "Neftçi" ilə oyuda (1:1) azarkeşlərə tərəf kənar əşya atması olub. Şərti cəzaya görə üç ay sınaq müddəti təyin edilib.

"Qarabağ" klubu qapıçısının hərəkətinə görə "Qarabağ" 2400 manat məbləğində cərimələnib.