Close

21:47
19 Aprel 2024

“Qarabağ”-“Gent” oyununun biletləri satışa çıxarıldı

UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”ın Belçika klubu “Gent”lə Bakıda keçirəcəyi ilk oyunun biletləri satışa çıxarılıb.

TNS Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir ki, biletlərin qiyməti müvafiq olaraq 5, 30, 40, 75 və 100 manat təşkil edir.

Azarkeşlər biletləri Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından, Iticket.az-ın satış məntəqələrindən (iticket.az-da onlayn satış), “Qarabağ”ın Park Bulvardakı Fan Şopundan, eləcə də, 28 Mall və Gənclik Mall ticarət mərkəzlərindən əldə edə bilərlər.

Qeyd edək ki, fevralın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ”-“Gent” görüşü saat 21:45-də başlayacaq.