Close

"Qarabağ"ın oyununun biletləri satışa çıxarıldı - Ən bahalı bilet 35 avro, ən ucuzu isə...

"Gent" Belçikada "Qarabağ"a qarşı keçirəcəyi UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu üçün biletləri satışa çıxarıb.

TNS klubun rəsmi saytına istinadən xəbər verir ki, ən ucuz biletin qiyməti 5 avro təşkil edir. Ən bahalı bilet isə 35 avrodur.

Fevralın 23-də "Gelamko Arena"da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Qeyd edək ki, komandalar arasında ilk görüş fevralın 16-da Bakıda olacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun 21:45-də başlayacaq.(axar.az)