Close

"Qarabağ" Kadinin yerinə bu futbolçunu gətirdi

“Qarabağ"ın heyətinə yeni futbolçu qoşulub.

TNS Qol.az-a istinadən xəbər verir ki, “Qarabağ" 2022-ci ilin yayından azad agent olan Adama Diakabini heyətinə cəlb edib. O, hazırda Ağdam klubunun Antalyadakı təlim-məşq toplanışındadır. Fransalı futbolçu ilə tibbi müayinədən keçdikdən sonra, yaxın 2-3 gün ərzində müqavilə imzalanacaq. Transferin yaxın günlərdə rəsmən açıqlanacağı gözlənilir.

Xatırladaq ki, “Kann”ın yetirməsi olan 26 yaşlı oyunçu peşəkar futbola “Renn”də başlayıb. O, 2017-ci ildə “Monako”ya 10 milyon avroya satılıb. Bir il sonra “Haddersfild”ə,  2020-ci ildə  “Nottingem Forest”ə transfer olunub. 2022-ci ildə isə  “Amyen”ə icarəyə verilib. O, 2022-ci iyulundan klubsuz idi.