Azərbaycan Qarabağdakı erməni silahlıları təslim olmağa çağırır
21
21:29 - 19 Sentyabr 2023

“Azərbaycanın Qarabağ iqtisadi rayonunda yerləşən Ermənistan silahlı qüvvələri birləşmələrinin üzvlərini silahı yerə qoyaraq təslim olmağa çağırırıq”.
TNS xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəisi Anar Eyvazov brifinqdə deyib.
“Həmçinin, ərazidə olan mülki şəxslərə qətiyyən onlara yaxın durmamağı və hər hansı yardım etməməyi tövsiyə edirik. Tövsiyə xarakerli bildirişlər səsgücləndirici və digər texniki vasitələrlə çatdırılır”, - deyə Anar Eyvazov əlavə edib.
Əlaqəli xəbərlər
23:12
28 Sentyabr 2023