Close

21:47
19 Aprel 2024

Hərbi Prokurorluq: "MN-in hərbi qulluqçusunun ölümü ilə bağlı cinayət işi başlanılıb"

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Nəzərzadə Nihad Natiq oğlunun odlu silahdan açılmış atəş nəticəsində ölməsi faktı ilə əlaqədar cinayət işi başlanılıb.

TNS xəbər verir ki, bu barədə Hərbi Prokurorluq məlumat yayıb.

"Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Nəzərzadə Nihad Natiq oğlunun odlu silahdan açılmış atəş nəticəsində ölməsi faktı ilə əlaqədar Qubadlı hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş, izahatlar alınmış və digər hərəkətlər icra edilmişdir", - məlumatda bildirilib.