Close

Müdafiə Nazirliyi: “Laçın-Xankəndi yolunda nəzarət-keçid məntəqəsi yaradılmalıdır”

Bu gün baş vermiş insident bir daha Azərbaycan tərəfindən Laçın-Xankəndi yolunun üzərində müvafiq nəzarət-keçid məntəqəsinin yaradılmasının zəruri olduğunu göstərir.

Bu barədə TNS-ə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Ermənistanın yenə də Azərbaycanın Qarabağ iqtisadi rayonuna hərbi daşınmaları həyata keçirməsi faktı bu ölkənin Azərbaycana qarşı davam edən təcavüzü və terror siyasətidir.

Törədilmiş təxribata görə bütün məsuliyyət Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.