Close

00:03
26 Aprel 2024

Hərbçilərimiz hədəfləri tam dəqiqliklə vurdu – Foto

Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi-2023” təlimlərində Azərbaycan hərbçiləri şərti hədəfləri tam dəqiqliklə vurublar.

TNS xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, təlimlərdə, həmçinin koordinasiyalı fəaliyyətin təmin edilməsi, qoşunların kommunikasiya imkanlarının təkmilləşdirilməsi məsələləri diqqətdə olub.

Şərti hədəflərin vurulmasında, həmçinin PUA-lardan istifadə olunub.

Təlimlər bu tapşırıqların icrası ilə başa çatıb.

Təlimləri Türkiyə, Azərbaycan və Gürcüstanın müdafiə nazirləri - Hulusi Akar, Zakir Həsənov və Cuanşer Burçuladze birlikdə təlimləri izləyib.

Xatırladaq ki, hazırlıqlarda 17 fərqli ölkədən 2 113 nəfərlik şəxsi heyət iştirak edirdi.

f3c6b3ab-b102-3741-9869-10d414d2c5e2_850

ac8a77c7-e91e-3520-9a1e-5d267ea01859

4d35f55e-9121-3da7-95cc-d83c02e08c0e