Cəlilabadda sərnişin avtobusdan yıxılaraq xəsarət aldı
43
19:55 - 10 Yanvar 2025

Cəlilabadda sərnişin avtobusdan yıxılaraq xəsarət alıb.
TNS xəbər verir ki, hadisə Cəlilabad rayonu ərazisində qeydə alınıb. Rayon sakini, Sahil Məmmədov marşrut avtobusundan yıxılaraq, müxtəlif bədən xəsarətləri alıb. O, rayon xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.