Close

Gəncədə 27 yaşlı qadın bıçaqlandı

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

TNS-in məlumatına görə, hadisə şəhər ərazində qeydə alınıb.

Belə ki 1997-ci il təvəllüdlü G. Mirzəyeva bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Qadın dərhal əməliyyat edilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə G. Mirzəyeva qardaşı tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.