Close

00:08
27 Sentyabr 2024
21:51
26 Sentyabr 2024

Bakıda iki avtomobilin toqquşması nəticəsində sıxlıq yaranıb

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

TNS xəbər verir ki, hadisə Mirzəbala Məmmədzadə və Təbriz küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, işıqforla tənzimlənən yol ayrıcında “Hyundai” markalı avtomobili idarə edən Elnur Məmmədov idarəsində olan avtomobili kəsişmədən keçən “Mercedes” markalı nəqliyyat vasitəsinə çırpıb.

Qəza nəticəsində “Hyundai” markalı avtomlbil deformasiyaya uğrayıb.

Baş vermiş hadisə ilə bağlı Mirzəbala Məmmədzadə küçəsində sıxlıq yaranıb.

Hadisə yerinə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Araşdırma aparılır.