Close

00:08
27 Sentyabr 2024
21:51
26 Sentyabr 2024

Quldurluqda təqsirləndirilən şəxsə hökm oxunub

Vətəndaşa qarşı quldurluq etməkdə təqsirləndirilən Rəhman Qurbanəlizadənin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

TNS xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Rauf Malışov təqsirləndirilən şəxsin 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra vəkil müdafiə çıxışı edib, təqsirləndirilən şəxs son söz deyib.

Müşavirədən sonra hökm elan edilib.

Hökmə əsasən, təqsirləndirilən şəxs 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki hadisə ötən ilin noyabrında paytaxtın Sabunçu rayonunda qeydə alınıb. Rəhman Qurbanəlizadə ona küçədə sataşan Emin Məmmədovu döyüb, daha sonra onun telefonunu alıb. Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə ona elan edilən ittihamla özünü təqsirli bilməyib.

Zərərçəkmiş şəxs Emin Məmmədov isə ifadəsi zamanı təqsirləndirilən şəxsin ona dəyən ziyanın ödədiyini və ondan şikayətçi olmadığını bildirib.

Ona qarşı Cinayət Məcəlləsinin 181.3.3-cü (külli miqdarda əmlak əldə etmək və zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) maddəsi ilə ittiham irəli sürülüb.