Close

20:06
03 Oktyabr 2023
17:27
03 Oktyabr 2023

Hacıqabulda avtomobil aşdı: yaralılar var

Hacıqabulun Nəvahı kəndində 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

TNS xəbər verir ki, “VAZ-21011” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Hadisə nəticəsində Ucar rayonunun Qazlıqumlaq kənd sakinləri, 1972-ci il təvəllüdlü Məmmədova Kəmalə Kamal qızı, 1993-cü il təvəllüdlü Məmmədov Sakit Qorxmaz oğlu, 2000-ci il təvəllüdlü Əliyev Rahib Rafiq oğlu, 2020-ci il təvəllüdlü Əliyev Qorxmaz Sakit oğlu və 2002-ci il təvəllüdlü Əliyeva İlahə Rafiq qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. (Report)