Close

Göyçayda güclü külək iki nəfərin ölümünə səbəb olub

Göyçayda güclü külək və qasırğa ölümə səbəb olub.

TNS APA-ya istinadla xəbər verir ki, ilkin məlumatlara əsasən, rayonun Mırtı, Qarabaqqal kəndlərində külək nəticəsində yaralananlar olub, iki nəfər isə bədbəxt hadisə nəticəsində həyatını itirib. Həyatını itirən şəxslərdən biri maşında olan zaman üzərinə ağac aşıb, digəri isə uçmuş evin altında qalıb.