Close

Lənkəranda tanınmaz halda skeletləşmiş qadın meyiti tapılıb

Lənkəranda qadın meyiti tapılıb.

TNS APA-ya istinadla xəbər verir ki, Lənkəran şəhəri, Şəhidlər Xiyabanı, ev 14 ünvanında bədən səthində xəsarət olmayan, təxminən 35-40 yaşlarında, tanınmaz halda skeletləşmiş qadın cinsli meyit aşkar olunub.

İlkin araşdırmalara görə, meyit əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, uzun müddətdir ki, narkotik vasitələrin istifadəçisi olmuş 1984-cü il təvəllüdlü Allahverdiyeva Şəhla Hüseyn qızına məxsusdur.