Close

Böyükşor gölündə meyit tapıldı

Bakı şəhəri, Sabunçu rayonu, Böyükşor gölündə naməlum kişi meyiti aşkarlanıb.

Bu barədə TNS-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, hadisə ilə bağlı FHN-in “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Meyitin göldən çıxarılmasına kömək məqsədilə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri həmin əraziyə cəlb olunub. Meyit göldən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.