Close

Malatyada dağıntılar altında qalan azərbaycanlı tələbələr xilas edilib

Türkiyənin Malatya şəhərində xilasedicilər 4 azərbaycanlı tələbəni dağıntılar altından çıxarıblar.

TNS xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə dağıntılar altından çıxarılıb.