Azərbaycan Suriyada səfirlik açır?
![](/upload/files/up4/Xeberler/Gundem/2024/12/suriyabayraq.jpg)
“Suriyada bir neçə ölkənin səfirliyinin fəaliyyətini bərpa etməsi regionda sülh və təhlükəsizliklə bağlı yaranmış ümidlərin göstəricisidir”.
Bunu TNS-ə siyasi ekspert Aqşin Kərimov deyib.
O bildirib ki, bununla da Suriyanın beynəlxalq aləmdən təcridinə son qoyulur və rəsmi Dəməşq diplomatik-siyasi sferalara çıxış imkanları qazanır: "Bildiyimə görə, Azərbaycanın da Suriyadakı səfirlik açmaq niyyəti var. Bu, gələcək Suriya hakimiyyəti ilə Azərbaycan dövləti arasındakı əlaqələrin qurulması baxımından önəm daşıyır.
Azərbaycanın Suriyada Türkiyənin maraqlarına dəstək verməsi isə rəsmi Bakı ilə Ankaranın vahid geosiyasi portfellə hərəkət edə biləcəyinin açarıdır.
Buna görə də rəsmi Bakının nəzərində Suriyada Azərbaycan səfirliyinin açılması koordinasiya və birgə qərarların qəbulunu asanlaşdırmaq üçün lazımlı mərhələ kimi görünə bilər".