Close

Ermənistandan müharibə mesajı: "Hərbi əməliyyatların başlaması riski var"

“Hərbi əməliyyatların başlaması riski var və kifayət qədər yüksəkdir, amma sülh prosesinin də dalana dirəndiyini deyə bilmərik”.

TNS xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

Spiker bütün gərginliyə baxmayaraq, Azərbaycanla sülh danışıqlarının davam etdiyini söyləyib.

“Düşünürəm ki, bunun dalana dirəndiyini söyləmək düzgün deyil, davam edən bir proses var”, - Simonyan vurğulayıb.