Close

21:47
19 Aprel 2024

Lavrov: "Laçın dəhlizi probleminə bu kontekstdə baxılmalıdır"

Rusiya bütün üçtərəfli razılaşmaların heç bir improvizasiya olmadan ciddi şəkildə yerinə yetirilməsinin tərəfdarıdır.

TNS "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransında bildirib.

"Biz həmişə tərəfləri barışdırmaq, maraqları tarazlaşdırmaq yollarını axtarmalıyıq. Rusiya Federasiyasının Ermənistanın müttəfiqi və Azərbaycanın strateji tərəfdaşı kimi etdiyi də məhz budur. Laçın dəhlizi probleminə bu kontekstdə baxılmalıdır. Yalnız sazişlərin bütün aspektlərinin istisnasız olaraq tam icrası mövcud vəziyyəti həll edə bilər. Bizim sülhməramlılarımız məhz bunu edirlər. Ümid edirəm ki, bütün tərəflər digər hissələr kimi bu hissəni də birgə yerinə yetirməli olduqlarını başa düşəcəklər. Hər bir tərəfin öz öhdəlikləri var", - deyə Lavrov bəyan edib.