Close

22:51
28 Mart 2024

Prezident İlham Əliyev İlyas İsmayılovu təbrik etdi

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri, professor Ədalət Vəliyev Ədalət Partiyasının sədri İlyas İsmayılova zəng edərək ona Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təbriklərini çatdırıb".

TNS xəbər verir ki, bu barədə partiyanın sədr müavini Elxan Şükürlü sosial şəbəkədə paylaşım edib.

"Ardınca, heç gözləmədimiz halda, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev İlyas İsmayılovu Nardarandakı bağ evində ziyarət edərək, ona Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, hüquq sisteminin inkişafı, qanunçuluq və hüquq qaydasının qorunması, cinayətkarlığa qarşı mübarizə, insan və vətəndaşlıq hüquq və azadlıqlarının müdafiəsi sahəsindəki xüsusi xidmətlərinə görə “Azərbaycn Prokurorluğunun 100 illiyi (1918-2018)” yubiliey medalını və vəsiqəsini təqdim etdi.

Partiyamızın sədri İlyas İsmayılova göstərilən bu diqqət və ehtiramı 44 günlük Vətən Savaşı zamanı əldə edilmiş milli birliyin və siyasi həmrəyliyin qorunub saxlanması və daha da inkişaf etdirilməsi istiqamətində atılmış növbəti addım kimi qiymətləndirərək, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə, Baş prokuror cənab Kamran Əliyevə və Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri cənab Ədalət Vəliyevə Ədalət Partiyası adından minnətdarlığımızı bildiririk.

Ümid edirik ki, iqtidar-müxalifət münasibətlərində yaşanan və bütün sağlam siyasi qüvvələrin də görmək istədiyi bu xoş atmosfer bundan sonra da davam etdiriləcək və bir dövlət ənənəsinə çevriləcək", - Elxan Şükürlü qeyd edib.

Xatırladaq ki, bu gün İlyas İsmayılov 85 illik yubileyini qeyd edir.