Close

“İşçilərin əməkhaqlarının ödənilmədiyi ilə bağlı məlumatlar provokasiyadır” – “Arkoz” Holdinqdən AÇIQLAMA

“Arkoz Holdinq”ə məxsus zavod və fabriklərdə əmək haqlarının 3 ay müddətində verilməməsi və yüzlərlə işçinin dünəndən etibarən kütləvi tətilə başlaması barədə mediada və sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir.

TNS xəbər verir ki, bu barədə “Arkoz” Holdinq açıqlama yayıb.

Qeyd olunub ki, “Arkoz Holdinq”ə daxil olan bütün şirkətlərə məxsus zavod və fabriklərdə işçilərin ödəmə vaxtı çatmış aylar üçün əməkhaqları artıq ödənilib.

“Bildiririk ki, “Arkoz Holdinq”ə məxsus şirkətlərin heç birində işçilər tərəfindən rəsmi tətil elan edilməyib. Kütləvi informasiya vasitələrinə ötürülən məlumatlar fərdi xarakterli olub provokasiya məqsədi daşıyır.  Hal-hazırda fabrik və zavodlarda iş hər zamankı ritminə uyğun şəkildə davam etməkdədir”, - açıqlamada vurğulanıb.