Close

İsrail Sinvarı hədəf aldı: yüzə yaxın yaralı var

İsrail HƏMAS-ın Qəzzada “Avropa” xəstəxanasının altında yerləşən yeraltı qərargahına zərbələr endirib.

TNS xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb.

Bildirilib ki, zərbələrin hədəfi HƏMAS-ın silahlı qanadının rəhbəri Məhəmməd Sinvar olub. Lakin Sinvarın ölüb-ölmədiyi barədə hər hansı rəsmi açıqlama verilməyib.

Qəzzanın Səhiyyə Nazirliyi hücum zamanı 16 nəfərin öldüyünü və 70 nəfərin yaralandığını bəyan edib.