Günəşdə çox güclü partlayış qeydə alınıb

Günəşdə X1.2 sinfindən olan partlayış baş verib.
TNS xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.
"Mayın 13-də Moskva vaxtı ilə saat 18:38-də (Bakı vaxtı ilə 19:38 - red.) 4079 (N07W81) günəş ləkələri qrupunda rentgen diapazonunda 19 dəqiqə davam edən X1.2 partlayışı qeydə alınıb", - deyə məlumatda bildirilib.
Proqnoza əsasən, mayın 13 və 14-də Günəşdə aşağı və orta səviyyəli, X sinifli partlayışlar mümkündür.
Bundan əvvəl, martın 28-də Günəşdə X1.1 sinfindən olan partlayış olub və 41 dəqiqə davam edib.
Qeyd edək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X.