Close

Tramp Əhməd əş-Şara ilə görüşəcək

ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanında Suriyanın müvəqqəti prezidenti Əhməd əş-Şəraa ilə görüşməyə razılaşıb.

TNS xəbər verir ki, bu barədə jurnalistlərə Ağ Evin nümayəndəsi məlumat verib.

“Prezident Səudiyyə Ərəbistanında olarkən mayın 14-də suriyalı həmkarı ilə görüşməyə razılıq verib”, - nümayəndə bildirib.

O, başqa təfərrüatları açıqlamayıb.

Daha əvvəl Suriya Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanının Dəməşq və Vaşinqton arasında münasibətlərdə vasitəçi rolunu üzərinə götürdüyünü bəyan etmişdi. “The National” nəşrinin mənbələrindən birinin bildirdiyinə görə, əş-Şəraa ilə Tramp arasında mümkün söhbətin əsas mövzusu Amerikanın Suriyaya qarşı sanksiyalarının ləğvi olacaq.

Qeyd edək ki, Tramp Yaxın Şərq turnesi çərçivəsində bu gün Səudiyyə Ərəbistanına səfər edib.