Soçi hava limanı müvəqqəti fəaliyyətini dayandırdı
Moskva vaxtı ilə saat 19:32-dən etibarən Soçi hava limanında müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
TNS xəbər verir ki, bu haqda Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.
“Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün dekabrın 11-i Moskva vaxtı ilə saat 19:32-dən etibarən Soçi hava limanının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər qoyulub. Hava limanı müvəqqəti olaraq reysləri qəbul etmir və göndərmir”, - deyə məlumatda bildirilir.
Agentlik qeyd edir ki, təyyarə ekipajları, hava hərəkəti dispetçerləri və hava limanının xidmətləri uçuşların təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görürlər.