Close

Suriyanın aparıcı alimləri öldürülür

Suriyanın Dəməşq şəhərində son 48 saat ərzində üçüncü alim öldürülüb.

TNS xəbər verir ki, bu barədə "Svejesti" teleqram kanalı məlumat yayıb.

Fizik Şadia Habbal əri ilə birlikdə evində ölü tapılıb.

Bunadək, mikrobioloq Zəhra əl-Xomsiyə və kimyaçı Həmdi İsmayıl Nada da evlərində öldürülmüş halda tapılıblar.

Suriya mediası qətllərin İsrail tərəfindən törədildiyini iddia edir, lakin hələlik rəsmi məlumat yoxdur.