Close

18:20
06 Dekabr 2024

“Emirates” İraqa uçuşlara məhdudiyyətləri uzadıb

Dubayda qərarlaşan “Emirates” aviaşirkəti Bağdada uçuşların ləğvini dekabrın 14-dək uzadıb.

TNS xəbər verir ki, bu barədə aviadaşıyıcının saytında məlumat verilib.

“Emirates”in Bağdada və geriyə uçuşları 14 dekabr 2024-cü il tarixinədək (daxil olmaqla) ləğv edilib”, – bəyanatda qeyd olunub.

Bildirilib ki, Dubay – Bağdad marşrutu üzrə uçuşları büdcə aviaşirkəti olan “Flydubai” həyata keçirir.

“Emirates” həmçinin xatırladıb ki, Beyruta uçuşlara məhdudiyyətlər 31 dekabr tarixinədək (daxil olmaqla) qüvvədə qalır.