Close

17:10
30 Noyabr 2024

"Gürcüstan Ukrayna olmayacaq"

Dünən hamı bir daha əmin oldu ki, Gürcüstanda “Maydan” keçirilə bilməz, Gürcüstan dövləti buna imkan verməyəcək.

TNS xəbər verir ki, bu barədə Gürcüstan Baş naziri İrakli Kobaxidze hökumət administrasiyasında keçirilən mətbuat konfransında bildirib.

Hökumət başçısının sözlərinə görə, dünənki şiddətli mitinqin məsuliyyətini Avropanın müvafiq siyasətçiləri, bürokratları və “4 siyasi partiya şəklindəki beşinci kolon” olan yerli qurum daşıyır: “Artıq üçüncü ildir ki, Gürcüstanın ukraynalaşdırılmasına nail ola bilməyən bəzi avropalı siyasətçilər və bürokratlar davamlı şəkildə namizəd statusundan və danışıqların başlanması məsələsindən ölkəni zəiflətmək, Gürcüstanda qütbləşməni qızışdırmaq üçün istifadə etməyə çalışırlar. Xatırladırıq ki, bu 3 il ərzində ölkənin imicinə zərbə vurmaq, cəmiyyəti sıxışdırmaq üçün əvvəlcə namizədin statusundan, daha sonra isə danışıqların açılması mövzusundan əsas vasitə kimi istifadə olunub. Dünən aydın oldu ki, hamı hər şeyi çox gözəl bilir. Sadəcə olaraq, radikallar və onların xarici himayədarları ölkəni qarışdırmağa, Gürcüstanı Ukraynaya çevirmək üçün hər zaman bəhanə uydurmağa çalışırlar. Onlar hələ də dərk etməyiblər ki, 2013-cü ildəki Ukraynadan fərqli olaraq, Gürcüstan güclü institutlara, ən əsası isə təcrübəli və müdrik insanlara malik müstəqil dövlətdir, onun gücünü heç kim sarsıda bilməz”.