Close

15:58
30 Noyabr 2024

Suriya ordusu əks-hücumla əlaqədar qoşunları Hələbdən geri çəkib

Suriya ordusu əks-hücum hazırlamaq üçün qoşunlarını Hələbdən çıxardığını açıqlayıb.

TNS “Reuters“ə istinadən xəbər verir ki, Suriya ordusu müxalifətçilərə qarşı əks-hücum hazırlamaq üçün qoşunların Hələbdən müvəqqəti çıxarılmasını elan edib.

Hərbçilər həmçinin əlavə edib ki, son bir neçə gün ərzində Hələb və İdlibdə müxalifətçilərlə şiddətli toqquşmalarda onlarla əsgər ölüb və yaralanıb.