“Heç nə bilməyən və heç nəyə görə məsuliyyət daşımayan Baş nazir”
Müxalifət lideri Yair Lapid Benyamin Netanyahunun noyabrın 23-ü yayımlanan videomüraciətinə müraciət bildirib.
TNS xəbər verir ki, Lapid israillilərə bu sözlərlə müraciət edib:
"Benyamin Netanyahu təqdim edir: doqquz dəqiqə on beş saniyə liderliyin olmaması və məsuliyyətsizlik. O bilmirdi, eşitmirdi, xəbərdar deyildi. Meron dağındakı fəlakətdən, 7 oktyabr faciəsindən, öz kabinetində nə baş verdiyindən xəbərsiz idi. Heç nə bilməyən və heç nəyə görə məsuliyyət daşımayan Baş nazir. Biabırçılıq".
Qeyd edək ki, noyabrın 23-ü axşam saatlarında İsrailin Baş naziri Benyamin Netanyahu 9 dəqiqəlik video yayımlayıb. Ekran vaxtının çox hissəsi Şin Betə və prokurorluğa qarşı sərt ittihamlara həsr olunub.