Close

21:48
23 Noyabr 2024
21:22
23 Noyabr 2024

Zelenski generallara müraciət etdi

Ukrayna Prezidenti Volodimir Zelenski ordunun bütün generallarını səngərdə olmağa çağırıb.

TNS xəbər verir ki, onun çağırışı “İnsider UA” "Telegram" kanalında yayımlanıb.

“Generallar səngərdə olmalıdırlar. Təcrübəsinə baxmayaraq, səngərdə olmayan general mənim üçün general deyil”, - deyə Ukrayna lideri vurğulayıb.

Zelenski bunu hərbi rəhbərlərin tabeliyində olanlarla birbaşa təmasda olmasının zəruriliyi ilə izah edib. Eyni zamanda, onun sözlərinə görə, hazırda cəbhədə çox çətin vəziyyət yaranıb.