Close

Rusiya MiQ-29 təyyarəsini yerdə vurdu

Rusiya qoşunları Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsini məhv edib.

TNS xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsi yerdə məhv edib. Həmçinin hava hücumundan müdafiə sistemləri tərəfindən Fransa istehsalı olan 3 “Hammer” idarəolunan bomba, ABŞ istehsalı olan 8 HİMARS raketi və 59 təyyarə tipli pilotsuz uçuş aparatı vurulub”, - deyə məlumatda bildirilir.