Close

Netanyahu və Putinin həbs orderləri tamamilə fərqlidir

Beynəlxalq Cinayət Məhkəməsinin İsrailin Baş naziri Benyamin Netanyahu və Kremlin rəhbəri Vladimir Putinin həbs qərarı ilə bağlı vəziyyət çox fərqlidir.

TNS xəbər verir ki, bunu Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi Kristian Vaqner deyib.

Onun sözlərinə görə, İsrail HƏMAS-ın hücumunun qurbanıdır, Rusiya isə beynəlxalq hüququ pozaraq Ukraynaya hücum edib.

“Netanyahu və Putinin həbs orderləri tamamilə fərqlidir, çünki Rusiyada İsraildən fərqli olaraq işləyən ədalət sistemi yoxdur”, -Vaqner vurğulayıb.

Xatırladaq ki, noyabrın 21-də Beynəlxalq Cinayət Məhkəməsi İsrailin Baş naziri Benyamin Netanyahu və sabiq müdafiə naziri Yoav Qallantın, mart ayında isə Rusiya Prezidenti Vladimir Putinin  həbsinə order verib.