Close

19:30
03 Noyabr 2024

Türkiyə hökumətində kadr dəyişiklikləri olacaq

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasında (AK Parti) və Nazirlər Kabinetində kadr dəyişiklikləri ola bilər.

TNS xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Albaniya və Serbiya səfərlərindən sonra təyyarədə jurnalistlərə açıqlamasında bildirib.

“Partiyanın sədr müavinləri arasında dəyişikliyin olması mümkündür. Yeni dönəmdə sədr müavinlərinin fəaliyyəti ilə yanaşı, hökumətin işi ilə bağlı da qiymətləndirmələr aparacağıq. Vəziyyətdən asılı olaraq hökumət kabinetində də bəzi dəyişikliklər ola bilər”,- Ərdoğan qeyd edib.