Close

00:08
27 Sentyabr 2024
21:51
26 Sentyabr 2024

İsrail Livanda ilk dəfə bu silahdan istifadə etdi

İsrail ordusu Livanda ilk dəfə "Ninja" raketindən istifadə edib.

TNS xəbər verir ki, İsrail ordusu ilk dəfə bu raketdən Beyrutun təxminən 10 kilometr şərqində yerləşən Kahale bölgəsinə edilən hücumda istifadə edib.

Məlumata görə, "Ninja" ictimaiyyət tərəfindən "AGM-114 R9X Hellfire" raketinə verilən addır.

Belə ki, partlayıcı döyüş başlığı ilə təchiz olunmayan raketin üzərinə quraşdırılmış iti bıçaqlar yaxınlaşan kimi açılır və ətrafdakılara zərər vermədən hədəfə ciddi ziyan vurur.