Close

00:08
27 Sentyabr 2024
21:51
26 Sentyabr 2024

"İsrail "Hizbullah"a zərbə endirməyə davam edəcək"

İsrail şimal bölgələrdəki sakinlərini evlərinə qaytarmaq məqsədinə çatana qədər İsrail ordusu “Hizbullah”a qarşı ağır zərbələr endirməyə davam edəcək.

TNS xəbər verir ki, bu sözləri İsrailin baş naziri Benyamin Netanyahu BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfəri zamanı deyib.

“Bizim siyasətimiz aydındır. Biz “Hizbullah”a qarşı güclü zərbələr endirməyə davam edirik və bütün məqsədlərimizə, ilk növbədə İsrailin şimalındakı sakinlərin sağ-salamat geri qayıtmasına nail olana qədər dayanmayacağıq. Mən İsrailin mövqeyini dünya ictimaiyyətinə çatdırmaq üçün Qəzza zolağında radikallar tərəfindən saxlanılan və bir an belə unutmadığım girovların ailələri ilə birlikdə BMT-yə mühüm səfərdəyəm”, - deyə Netanyahu bildirib.