Close

00:08
27 Sentyabr 2024
21:51
26 Sentyabr 2024

"HƏMAS-ın əlində olan girovların çoxu hələ də sağdır"

HƏMAS hərəkatının Qəzza zolağında saxladığı girovların çoxu hələ də sağdır.

TNS xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinken MSNBC telekanalına müsahibəsi zamanı məlumat verib.

“Bildiyimizə görə, Qəzzada çoxlu canlı girovlar var ki, biz onları ümidsiz şəkildə ailələrinə qaytarmaq istəyirik.”, - deyə o bildirib.

Dövlət katibi əlavə edib ki, söhbət həmçinin ABŞ vətəndaşlığı olan girovlardan da gedir. Bununla bağlı Blinken qeyd edib ki, bu insanların evlərinə qayıtması ABŞ-ın münaqişə tərəflərini Qəzza zolağında atəşkəsə razı salmağa nail olmaq üçün göstərdiyi səylərdə əsas prioritet mövzulardan biridir.