Close

00:08
27 Sentyabr 2024
21:51
26 Sentyabr 2024

Ərdoğan: "Biz bunu etməyə hazırıq"

Türkiyə Ukrayna münaqişəsinin həlli üçün sülh konfransı təşkil etməyə hazırdır.

TNS xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda "Türkevi"ndə jurnalistlərə bildirib.

“Biz bu konfransın içində olmağa hazırıq. Həm xarici işlər naziri Hakan Fidan, həm də kəşfiyyat təşkilatımız onlarla əlaqə saxlayacaq. Ümid edirik ki, Türkiyə olaraq bölgədə sülhün bərqərar olmasında iştirak edəcəyik”, - Türkiyə lideri deyib.

Ərdoğanın sözlərinə görə, Ukrayna münaqişəsi dialoq və diplomatiya yolu ilə həll edilə bilər. Prosesin bütün iştirakçılarının buna inanması lazımdır, lakin indiki vəziyyətdə belə bir nəticə çox uzaqdır.

Qeyd edək ki, sentyabrın 24-də Ərdoğan BMT Baş Assambleyasında çıxışı zamanı bildirib ki, dünya Ukrayna münaqişəsini həll etməkdən hələ də uzaqdır.