Close

00:08
27 Sentyabr 2024
21:51
26 Sentyabr 2024

Göyərtəsində deputat olan helikopter radarlardan itib

Göyərtəsində Arxangelsk Şəhər Dumasının deputatı Sergey Smetaninin olduğu “Robinson 44” helikopteri ilə əlaqə kəsilib.

TNS xəbər verir ki, bu barədə Rusiya Şimal-Qərb Nəqliyyat Prokurorluğunun məlumatında deyilir.

“İlkin məlumatlara görə, uçuş planı hava hərəkətinin idarə edilməsi mərkəzinə göndərilməyib. Hazırda səlahiyyətli orqanlarda helikopterin uçuşu ilə bağlı obyektiv məlumat yoxdur”, - deyə məlumatda bildirilir.