Close

00:08
27 Sentyabr 2024
21:51
26 Sentyabr 2024

"Real"ın futbolçusunu təhqir edən şəxs 1 il müddətinə həbs edilib

İspaniya polisi "Real"ın (Madrid) futbolçusu Vinisius Juniora qarşı irqçi ifadələr işlədən azarkeşi 1 il müddətinə həbs edib.

TNS xəbər verir ki, sözügedən hadisə ötən mövsüm La Liqanın XXXV turunda “Valensiya” ilə görüşdə baş verib.

Eyni hərəkəti "Malyorka" - "Vilyarreal" matçında da təkrarlayan şəxs polis tərəfindən saxlanılıb.

Məhkəmə azarkeşi 12 ay azadlıqdan məhrum edib və 3 il müddətinə futbol yarışlarına girişini qadağan edib.